Qurban Qurbanovdan millinin futbolçularına mətbuat qadağası

Sayta qoyulub: 12:12 18.10.2018 (98 dəfə oxunub)

Qurban Qurbanovdan millinin futbolçularına mətbuat qadağası

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov futbolçulara mətbuata danışmaq qadağası qoyub. Bu qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib. Qeyd edək ki, həmin matç  yekunlaşandan sonra bir neçə futbolçu mətbuata qısa açıqlama verib. Amma bundan sonra futbolçulara mətbuata danışmaq qadağası tətbiq edilib. Qadağa yalnız milli komandaya aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə isə danışa bilərlər. Qeyd edək ki, bu gün bəzi media orqanlarının bir neçə futbolçumuzla milli barədə danışmaq cəhdi baş tutmayıb. Onlar Q.Qurbanovun qərarını əsas gətirərək milli haqda suallardan qaçıblar. Bu qadağanın hansı səbəbdən tətbiq edildiyi bilinmir.

XƏBƏR LENTİ