Obameyanq təyyarəni bəyənmədi

Sayta qoyulub: 08:23 18.10.2018 (129 dəfə oxunub)

"Arsenal"ın və Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanq yığma ilə Cubaya uçmaqdan imtina edib.


O, dünən Afrika Millətlər Kbokunun qrup mərhələsində keçirilən Cənubi Sudanla səfər matçı üçün sözügedən ölkəyə getməyib. Obameyanq və bir neçə futbolçu millini aparacaq təyyarədən narazı olduqları üçün bu addımı atıblar. Onların təyyarəni yüksək səviyyəli idmançılar üçün normal standartlara uyğun olmadığını hesab etdiyi bildirilib.


Qeyd edək ki, Obameyanq bazar artəsi "Arsenal"ın düşərgəsinə qayıdıb. Onun zədə səbəbindən yığmanın düşərgəsini tərk etdiyi bildirilib.

 

 

Obameyanq təyyarəni bəyənmədi

 

qol.az

XƏBƏR LENTİ