İdman tarixində rekord müqavilə

Sayta qoyulub: 08:21 18.10.2018 (121 dəfə oxunub)

Meksikalı boksçu Saul Alvares idman tarixində rekorda imza atıb.


28 yaşlı boksçu peşəkar idman tarixinin ən bahalı müqaviləsinə qol çəkib.


O,  DAZN strim-serveri ilə 365 milyon dollarlıq sözləşmə imzalayıb. DAZN 5 il ərzində Saulun 11 döyüşünü nümayiş etdirəcək. 


Bundan əvvəlki rekord amerikalı beyzbolçu Cankarlo Stentona məxsus idi. O, 2014-cü ildə “Mayami Marlinz”lə dəyəri 325 milyon dollar olan 13 illik müqavilə imzalayıb.   


Qeyd edək ki, Saulun əməkdaşlıq çərçivəsində ilk döyüşü dekabrın 15-də Britaniya idmançısı Roki Fildinqə qarşı olacaq.

 

 

 

İdman tarixində rekord müqavilə

 

 

qol.az

XƏBƏR LENTİ