Sloveniya millisi baş məşqçisi ilə yollarını ayırıb

Sayta qoyulub: 08:18 18.10.2018 (71 dəfə oxunub)

Sloveniya milli komandası baş məşqçi Tomaj Kavçiçlə yollarını ayırıb. 

Bu barədə Sloveniya Futbol İttifaqının prezidenti Radenko Miyatoviç məlumat verib. 

Qərara yığmanın UEFA Millətlər Liqasındakı uğursuz çıxışı səbəb olub. 

Xatırladaq ki, Tomaj Kavçiç 2017-ci ilin dekabrından Sloveniya millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda UEFA Millətlər Liqasında 4 oyuna 1 xal toplayıb.

 

 

 

 

 

 

 

"Report" 

XƏBƏR LENTİ