"Vorskla"nın bu futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

Sayta qoyulub: 20:15 17.10.2018 (95 dəfə oxunub)

"Vorskla"nın bu futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Vorskla" çiynindən əməliyyat olunan futbolçusu Aleksandr Kobaxidzenin son durumu ilə bağlı məlumat yayıb. Poltava klubunun mətbuat xidmətinin verdiyi xəbərə görə, gürcü yarımmüdafiəçinin dekabrda yaşıl meydanlardan qayıdacağı bildirilib. Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu “Qarabağ”a qarşı keçirəcəyi hər iki matçı dəqiq buraxacaq. A.Kobaxidzenin dekabrda "Sportinq"lə görüşdə oynayıb-oynamayacağı isə məlum deyil.Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.

XƏBƏR LENTİ