AFFA ukraynalı məşqçinin cəzasını azaltdı

Sayta qoyulub: 19:38 17.10.2018 (82 dəfə oxunub)

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilibQurumun rəsmi saytının yaydığı xəbərə görə, aparılmış müzakirələrdən sonra “Sumqayıt” tərəfindən sabiq məşqçisi Anton Dioçenkonun cəzası ilə bağlı verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

“Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair qonaq komandanın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib. Ukraynalı mütəxəssisin aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.

 
<video airplay="allow" height="100%" id="yaVideoPlayer_556220" playsinline="webkit-playsinline" preload="none" style="box-sizing: border-box; background-color: rgb(0, 0, 0);" width="100%"></video>

Qeyd edək ki, Dioçenko artıq “Sumqayıt”la yollarını ayırıb.

XƏBƏR LENTİ