Braziliya millisinin üzvü rəsmən "Milan"da

Sayta qoyulub: 19:36 17.10.2018 (155 dəfə oxunub)

Braziliya millisinin üzvü rəsmən "Milan"da

"Milan" heyətini gücləndirib. "Qırmızı-qaralar" Braziliyanın "Flamenqo" klubundan Lukas Paketanı transfer edib. 21 yaşlı futbolçunun keçidi 35 milyon avroya başa gəlib. Pleymeyker 2019-cu ilin yanvar ayında yeni klubuna qatılacaq. Bu barədə Braziliya klubunun idman direktoru Bruno Spindel məlumat verib. Qeyd edək ki, Braziliya millisinin üzvü "Flamenqo"nun yetirməsidir.

XƏBƏR LENTİ