Məşqçilərin reytinqi: Qurban Qurbanovun mövqeyi dəyişmədi

Sayta qoyulub: 14:27 17.10.2018 (88 dəfə oxunub)

 

Məşqçilərin reytinqi: Qurban Qurbanovun mövqeyi dəyişmədiDünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 463-cü pillədə yer alıb. Qurbanovun ötən həftə ilə müqayisədə mövqeyində dəyişiklik baş verməyib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1015 xalla 478-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib. Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.

XƏBƏR LENTİ