"Vorskla"nın erməni futbolçusu Bakıya gəlməyəcək

Sayta qoyulub: 14:20 15.10.2018 (155 dəfə oxunub)

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"la qarşılaşacaq "Vorskla" klubunun yarımmüdafiəçisi Qeqam Kadimyan ölkəmizə gəlməyəcək. Ukrayna mətbuatının yaydığı xəbərə görə, çiynindən zədə alan erməni futbolçunun nə vaxt sıraya qayıdacağı bəlli deyil. Bu səbəbdən onun oktyabrın 25-də Ağdam klubu ilə oyun üçün paytaxtımıza gətirilməyəci gözlənilir.
Kadimyandan başqa, "Vorskla"nın digər zədəliləri - Denis Vasin, Aleksandr Kobaxidze, Dmitri Kravçenko və Arturun da "Qarabağ"la oyunu buraxacaqları dəqiqdir.
Xatırladaq ki, bundan əvvəl "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan da "Qarabağ"la Bakıdakı oyuna gəlməmişdi. Futbolçu 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun ölkəmizə girişinə qadağa qoyulub.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu 20:55-də başlayacaq.

Qol.az

XƏBƏR LENTİ