Loran Koselni milli karyerasını bitirdi

Sayta qoyulub: 08:11 15.10.2018 (88 dəfə oxunub)

Arsenalın müdafiəçisi Loran Koselni Fransa millisində karyerasını başa vurduğunu elan edib.

 

33 yaşlı futbolçu 2011-ci ildən bəri millinin heyətində 51 oyunda 1 qol vurmuşdu. 2018-ci il dünya çempionatını Koselni zədə səbəbilə buraxmışdı.

 

«Fikrimcə nə bacarmışdımsa milliyə vermişəm. Hazırda yığmada gözəl nəsil toplaşıb.Mənim üçün isə başa çatıb.

 

Hər zaman millinin azarkeşi olaraq qalacağam. Çünki, o mənim ölkəmi təmsil edir. Lakin oynamağımı bitirirəm», – deyə Koselni qeyd edib.

XƏBƏR LENTİ