►Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub

Sayta qoyulub: 14:01 12.10.2018 (109 dəfə oxunub)

Avstraliyanın “Sentral Kost Mariners” klubunda çıxış edən atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub. 

32 yaşlı yamaykalı idmançı "Makartur Saut Vest Yunayted"lə keçirilən yoldaşlıq matçında dubla imza atıb. Bolt sözügedən görüşdə komandasının son iki qolunun müəllifi olub. 

Qeyd edək ki, qarşılaşma “Sentral Kost Mariners”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.  

 

 

 

 

 

 

report

XƏBƏR LENTİ