Cenk Tosun "Beşiktaş"a qayıdır

Sayta qoyulub: 18:49 11.10.2018 (189 dəfə oxunub)

Cenk Tosun "Beşiktaş"a qayıdır
 

"Everton" hücumçusu Cenk Tosunla yolları ayıra bilər. Bu barədə "Daily Mirror" məlumat yayıb. Nəşrin iddiasına görə, Liverpul təmsilçisi qış transfer pəncərəsində Türkiyə millisinin üzvünü göndərmək istəyir. Məlumata görə, Cenk "Beşiktaş"a icarəyə veriləcək. "Mavilər"in baş məşqçisi Marko Silva 27 yaşlı forvardın performansından məmnun deyil.

Qeyd edək ki, "Everton" ilin əvvəlində Tosunu 24+4 milyon avroya "Beşiktaş"dan transfer etmişdi. Türkiyəli hücumçu cari mövsüm Premyer Liqada 8 oyuna (471 dəqiqə) 1 qol vurub.

XƏBƏR LENTİ