Monako baş məşqçini istefaya göndərdi

Sayta qoyulub: 13:10 11.10.2018 (122 dəfə oxunub)

Monakonun baş məşqçisi Leonardu Jardim postunu tərk edir.

 

Moneqasklar portuqaliyalı mütəxəssisin istefasını bəyan ediblər. Komanda bu mövsüm 11 oyundan yalnız 1-ində qalib gəlib.

 

Jardim 2014-cü ildən Monakonu çalışdırırdı. Onun rəhərliyi altında knyazlıq təmsilçisi Fransa çempionu olub və ÇL-in yarımfinalına yüksəlib. Bir müddət əvvəl yayılan məlumata görə komandanı Tyerri Anri və ya Klaudio Ranyeri çalışdıra bilər.

XƏBƏR LENTİ