L.Həmilton: “Geriləmənin səbəbini Sebastyan bilər”

Sayta qoyulub: 07:35 11.10.2018 (54 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Fettelin çempionluq uğrunda mübarizədən belə tez düşəcəyini gözləmirmiş.

F-1.az xatırladır ki, britaniyalı sürücü Yaponiyada qalib gələrək son 7 yarışda 6-cı qələbəsini əldə edib və mövsümün sonuna qalan 4 yarışa 67 xal öndə girir.

Lyuis Həmilton: “Mövsümün ortasına qədər çox güclü idi. Montsada və Sinqapurda yaxşı idilər, amma ondan sonra hər şey dəyişməyə başladı. Belə geriləməklərini gözləmirdim. Performansları əvvəlki kimi güclü deyil. Buna deməyə sözüm yoxdur, çünki onların performansına fokuslanmamışam. Amma Sebastyan səbəbini yaxşı bilər. Biz öz işimizə fokuslanmışıq”.

XƏBƏR LENTİ