Boksçumuz erməniyə qalib gəldi

Sayta qoyulub: 09:44 10.10.2018 (109 dəfə oxunub)

Boksçumuz erməniyə qalib gəldi
Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib. 31 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Boksçularımızdan Əli Zamanov (48 kq) Hayk Alaberkyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibinə heç bir şans verməyən Zamanov ermənini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyanla qarşılaşacaq. Görüş bu gün baş tutacaq.
Zamanovdan fərqli, Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ingiltərəli Saca Hikkiyə 0:5 (28:29, 27:30, 26:30, 27:30, 25:30) hesabı ilə məğlub olub.

XƏBƏR LENTİ