Di Mariya ilə Ronaldo yenidən həmklub ola bilərlər

Sayta qoyulub: 07:39 10.10.2018 (194 dəfə oxunub)

PSG-nin futbolçusu Anxel Di Mariya gələn yay Yuventusa keçə bilər. Bu barədə  Calciomercato xəbər verib. Məlumata görə Turin klubu futbolçunu pul ödəmədən heyətinə qatmaq fikrindədir. Belə ki, gələn yay yarımmüdafiəçinin Paris klubu ilə müqaviləsi sona çatacaq.

 

Qeyd edək ki, keçid baş tutarsa Di Mariya yenidən Ronaldonun komanda yoldaşı olacaq. Xatırladaq ki, vaxtilə onlar Realda birlikdə oynayıblar. Ronaldo kral klubunda qollarının əksəriyyətini məhz Di Mariyanın ötürmələrindən vurub.

XƏBƏR LENTİ