"Kokorin və Mamayev futbola xəyanət etdi" – Yuri Syomin

Sayta qoyulub: 07:30 10.10.2018 (186 dəfə oxunub)

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda isə Moskva “Lokomotiv”ini çalışdıran Yuri Syomin “Zenit”in hücumçusu Aleksandr Kokorinlə “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevin səbəb olduğu qalmaqala münasibət bildirib.


Baş vermiş hadisə ilə bağlı fikirlərini şəxsi “İnstaqram” hesabında bölüşən təcrübəli mütəxəssis hər iki futbolçunu sərt tənqid edərək, onların peşələrinə xəyanət etdiyini yazıb:


“Rusiya futbolu Akinfeyev, Çerçesov, Berezutskidir, Kokorin və ya Mamayev deyil. Futbol öz sənətinə hörmət, milli komanda, bütün ölkəyə nümunə olmaq, gündəlik iş, rejimə riayət etmək, azarkeşlər, valideynlər, öz ailən və uşaqların önündə məsuliyyət deməkdir. Onlar futbola – öz peşələrinə xəyanət etdilər”.


Qeyd edək ki, Kokorin və Mamayev dünən sərxoş halda Moskvadakı kafelərdən birində Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya “Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyməkdə şübhəli bilinir. Artıq baş verən hadisə ilə bağlı döyülmə maddəsi ilə cinayət işi açılıb.

 

 

 

"Kokorin və Mamayev futbola xəyanət etdi" – Yuri Syomin

 

 

 

 

qol.az

XƏBƏR LENTİ