Arsen Venger Bavariyanı çalışdıra bilər

Sayta qoyulub: 08:12 09.10.2018 (154 dəfə oxunub)

Almaniyanın məşhur Bild nəşri Bavariyanı gələcəkdə çalışdıra biləcək 3 mütəxəssisin adını açıqlayıb. Mənbənin məlumatına görə Niko Kovaçı baş məşqçi postunda Loran Blan, Zinəddin Zidan və Arsen Venger əvəz edə bilər.

 

Bavariya artıq 4 oyundur ki, qələbə üzünə həsrətdir. Hazırda komanda bundesliqada 6-ci pillədə qərarlaşıb. Xatırladaq ki, Niko Kovaçın rəhbərliyi altında uğursuz çıxış idman direktoru Həsən Səlihamijiçin də mövqeyinə zərbə vurub.

XƏBƏR LENTİ