"Qəbələ" Sənan Qurbanovla bağlı qərar verdi

Sayta qoyulub: 20:15 08.10.2018 (193 dəfə oxunub)

"Qəbələ" Sənan Qurbanovla bağlı qərar verdi
 

2018/19 mövsümünə zəif nəticələrlə başlayan "Qəbələ" klubunun rəhbərliyi klubdaxili iclas keçirib. "Qırmızı-qaralar"ın rəhbərliyi baş məşqçi Sənan Qurbanova şans verməyə qərar verib. Sənan Qurbanov istefa vermək düşüncəsində olsa da, onunla yolların ayrılmamasına qərar verilib. Heyətdə olan futbolçulardan isə qış fasiləsinə kimi göndərilən olmayacaq. İlk 7 tur ərzində 4 məğlubiyyətlə üzləşən "Qəbələ", 1 qələbə, 2 heç-heçə ilə kifayətlənib. Komanda hazırda 6-cı pillədə qərarlaşıb və liderdən 14 xal geri qalır. 

 

XƏBƏR LENTİ