"Qəbələ"nin yarımmüdafiəçisi milliyə çağırıldı

Sayta qoyulub: 19:07 08.10.2018 (112 dəfə oxunub)

"Qəbələ"nin yarımmüdafiəçisi milliyə çağırıldı

Toqo millisinin Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunda Qambiya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlayıb.

Baş məşqçi Klod Le Roy 23 futbolçuya dəvət göndərib. Mütəxəssisin yığmaya çağırdığı oyunçular arasında "Qəbələ"nin yarımmüdafiəçisi Lalavele Atakora da var.
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun oktyabrın 12-də, növbəti matç isə 4 gün sonra keçiriləcək. Hər iki yığma qrupda keçirdiyi iki oyunda bir xal qazana bilib və 3-4-cü yerləri bölüşdürür.

Xatırladaq ki, Qambiya millisinin heyətində isə hazırda "Keşlə"nin formasını geyinən Ebrima Sohna çıxış edir. O da bu oyun üçün ölkəsinin yığmasına dəvət alıb.

XƏBƏR LENTİ