Cüdoçumuz olimpiya çempionu oldu

Sayta qoyulub: 09:42 08.10.2018 (118 dəfə oxunub)

Cüdoçumuz olimpiya çempionu oldu
 
 
Azərbaycan cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olub.  66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib. Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub. O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb. Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər. Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı 17 idmançı təmsil edir. Vüqar Talıbovla yanaşı, qadın cüdoçu Vüsalə Kərimova da tatami üzərinə çıxıb. Kərimova 7-ci yeri tutub. Bundan başqa, taekvondoçu Minayə Əkbərova (44 kq) ilk görüşdəcə qazaxıstanlı Assel Usmanovaya uduzaraq, mübarizəni dayandırıb.   
 

XƏBƏR LENTİ