Həbib Nurmaqomedov Makqreqora qalib gəldi

Sayta qoyulub: 18:33 07.10.2018 (171 dəfə oxunub)

ABŞ-ın Las-Veqas şəhərində UFC çempionları - irlandiyalı Konor Makqreqor və Rusiyanı təmsil edən dağıstanlı Həbib Nurməhəmmədov arasında qaydasız döyüş baş tutub. 

Yüngül çəkidə çempion titulu uğrunda keçirilən "UFC 229" Nurməhəmmədovun qələbəsiylə başa çatıb. 30 yaşlı idmançı 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq edib və Konor təslim olub. Beləliklə, Həbib 27-ci peşəkar döyüşündə də qələbə qazanıb. Nurməhəmmədov yüngül çəkidə çempion titulunu qorumağı bacarıb. Konor Makqreqor isə 25-ci döyüşündə 4-cü məğlubiyyətlə üzləşib.

 

 

 


XƏBƏR LENTİ