"Vorskla"nın futbolçusu: “Qarabağ”a qarşı pis oynamayacağıq"

Sayta qoyulub: 13:46 05.10.2018 (123 dəfə oxunub)

“Düşünürəm ki, “Qarabağ”a qarşı pis oynamayacağıq. Biz onlardan xallar ala biləcəyimizi ümid edirik”.

Bunu Ukrayna “Vorskla”sının hücumçusu Vladislav Kulaç Portuqaliya “Sportinq”inə 2:1 hesabı ilə məğlub olduqları Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.

25 yaşlı ukraynalı forvard “Sportinq”lə oyun barədə isə bunları bildirib: “Açığı, indi özümüzü çox pis hiss edirik. Erkən qol vurmaq bizə üstünlük gətirdi. İkinci hissədə hesabı qorumaq istəyirdik. Düşünürəm ki, üzərimizdə həyəcan var idi. “Sportinq” hesabı bərabərləşdirdikdən sonra 1 xal qazanacağımızı düşünürdük, amma son dəqiqədə daha bir qol buraxıb məğlub olduq.”

Qeyd edək ki, oktybarın 25-də “Qarabağ” və “Vorskla” arasında baş tutacaq matç saat 20:55-ə start götürəcək.

 

 

 

 

 

“Report”

XƏBƏR LENTİ