Bavariyada baş məşqçidən narazılıq baş qaldırır

Sayta qoyulub: 13:45 05.10.2018 (181 dəfə oxunub)

Bavariyada baş məşqçi Niko Kovaça qarşı narazılıq başlayıb.

 

SportBild-in məlumatına görə Münxen klubunun futbolçularını Kovaçın məşq metodu qane etmir. Daha dəqiqi məşqdən sonra Xames Rodriges komanda yoldaşlarına bunu söyləyib: «Bura onun üçün Frankfurt deyil».

 

Bundan başqa futbolçular Niko Kovaçın yardımçıları ilə xorvat dilində danışmasından da narazıdırlar.Xatırladaq ki, məşqçilər korpusunda Nikonun qardaşı Robert, həmyerlisi Toni Tapaloviç var. Bundan başqa idman direktoru Həsən Salixamijiç də xorvat dilini bilir.

 

Futbolçular rotasiyadan da narazıdırlar. Onların fikrincə uğurlu oyundan sonra ehtiyatda oturmaq düzgün deyil.

XƏBƏR LENTİ