AFFA prezidenti "Qarabağ"ın oyunu haqda

Sayta qoyulub: 08:49 05.10.2018 (226 dəfə oxunub)

 

AFFA prezidenti "Qarabağ"ın oyunu haqda

"Qarabağ" yaxşı oyun sərgilədi. Lakin hücumları məntiqi sonluğa çatdıra bilmədik. Onu da nəzərə almaq lazımdır ki, rəqib "Arsenal" idi".

 Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın "Arsenal"a 0:3 hesabı ilə uduzduğu görüş barədə danışarkən deyib.

 

O bildirib ki, Azərbaycan təmsilçisi ilk 2 turda uduzsa da, komandadan qarşıdakı oyunlarda müsbət nəticələr gözləyir.

Milli assosiasiyanın rəhbəri bu mövsüm Avroliqanın final görüşünün keçiriləcəyi Bakı Olimpiya Stadionundakı (BOS) vəziyyəti yüksək qiymətləndirib. Onun fikrincə, hazırda BOS dünyanın ən yaxşı stadionlarındandır.

 

R.Abdullayev FİFA prezidenti ilə son görüşündən də danışıb. AFFA prezidenti görüşdə Azərbaycanda futbolun ümumi vəziyyəti ilə bağlı söhbət apardıqlarını bildirib. O deyib ki, ali futbol qurumunun rəhbəri ölkə futbolunun inkişaf tempindən xeyli razıdır. 

XƏBƏR LENTİ