"Araz" ikinci oyunda heç-heçə etdi

Sayta qoyulub: 08:38 05.10.2018 (63 dəfə oxunub)

"Araz" ikinci oyunda heç-heçə etdi

Futzal üzrə Azərbaycan çempionu “Araz” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.

Ölkə çempionu Maltanın “Valletta” komandası ilə qarşılaşıb. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

 “Araz” Çempionlar Liqasında keçirdiyi ilk oyunda “Vitis”ə (Litva) 0:1 hesabı ilə uduzub.

 

UEFA Çempionlar Liqası, əsas mərhələ

4 oktyabr

 

"Araz" (Azərbaycan) - "Valletta" (Malta) 1:1
Qollar:
 Xətai Bağırov, 3 - Di Mayo, 29.

 

"Valletta": 1. Tornike Bukia (q), 4. Şota Çanukvadze, 8. Melvin Borg (k), 10. Gia Nikvaşvili, 17. Camilo Qomes, 12. Brandon Debono (q), 5. Yoviça Miliyiç, 20. Vella Stefan (q), 6. Redeemer Borg, 9. Daniel Saliba, 11. Dilan Musu, 14. Şaun Vella, 18. Mohammed Elemari, 19. Denis Di Mayo.

 

Baş məşqçi: Xavyer Saliba.

 

"Araz": 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 15. Adəm Həbibov, 1. Emin Kürdov (q), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 17. İsa Atayev, 18. Adil İsmayılov, 20. Kənan Manafov.

 

Baş məşqçi: Joze Alesio Da Silva.

XƏBƏR LENTİ