Avropa Liqasında II turun oyunlarının nəticələri

Sayta qoyulub: 08:19 05.10.2018 (146 dəfə oxunub)

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

 "Qarabağ"la eyni qrupda yer alan Ukrayna "Vosrkla"sı ilə Portuqaliya "Sportinq"i arasındakı görüşdə qonaqlar qalib gəlib. "Vorskla" 10-cu dəqiqədə Vladislav Kulaçın qolu ilə hesabda uzun müddət öndə olub. Lakin 90+1-ci dəqiqədə Fredi Montero, 90+3-cü dəqiqədə isə Jovane Kabralın qolları nəticəsində "Sportinq" qrupda ardıcıl ikinci qələbəsini qazanıb. "Vorskla" isə "Qarabağ" kimi, ikinci məğlubiyyətlə üzləşib.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı Fransa "Renn"inə 2:0 hesabı ilə qalib gəlib.

Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşikaş" İsveçdə "Malmö"yə eyni hesabla uduzub. 53-cü dəqiqədə Caner Erkin topu öz qapısına göndərib. 76-cı dəqiqədə isə Markus Rozenberq penalti zərbəsi ilə yekun nəticəni müəyyənləşdirib.

"Fənərbağça" Slovakiyanın "Spartak" (Trnava) komandasının qapısından 2 cavabsız top keçirib. Qolları 52 və 69-cu dəqiqələrdə İslam Slimani vurub. Türkiyə Kubokunun son qalibi "Akhisarspor" isə Belçikada "Standard"a məğlub olub - 1:2. Hesabı meydan sahiblərinin futbolçusu Reno Emon 17-ci dəqiqədə açıb. 32-ci dəqiqədə Onur Ayık bərabərlik qolunu vursa da, 40-cı dəqiqədə Mussa Cenepo yenidən lyejliləri önə çıxarıb. İkinci hissə isə qolsuz keçib.

Avropa Liqası

Qrup mərhələsi, II tur

4 oktyabr

A qrupu

20:55. "Bayer" (Leverkuzen, Almaniya) - AEK (Larnaka, Kipr) - 4:2

20:55. "Sürix" (İsveçrə) - "Lüdoqorets" (Bolqarıstan) - 1:0

Xal durumu: "Bayer" - 6, "Sürix" - 6, AEK - 0, "Lüdoqorets" - 0.

B qrupu

20:55. "Rusenborq" (Norveç) - "Leyptsiq" (Almaniya) - 1:3

20:55. "Zaltsburq" (Avstriya) - "Seltik" (Şotlandiya) - 3:1

Xal durumu: "Zaltsburq" - 6, "Seltik" - 3, "Leyptsiq" - 3, "Rusenborq" - 0.

C qrupu

20:55. "Bordo" (Fransa) - "Kopenhagen" (Danimarka) - 1:2

20:55. "Zenit" (Rusiya) - "Slaviya" (Praqa, Çexiya) - 1:0

Xal durumu: "Kopenhagen" - 4, "Zenit" - 4, "Slaviya" - 3, "Bordo" - 0.

D qrupu

20:55. "Anderlext" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2

20:55. "Fənərbağça" (Türkiyə) - "Spartak" (Trnava, Slovakiya) - 2:0

Xal durumu: "Dinamo" - 6, "Spartak" - 3, "Fənərbağça" - 3, "Anderlext" - 0.

E qrupu

20:55. "Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 0:3

20:55. "Vorskla" (Poltava, Ukrayna) - "Sportinq" (Lissabon, Portuqaliya) - 1:2

Xal durumu: "Arsenal" - 6, "Sportinq" - 6, "Vorskla" - 0, "Qarabağ" - 0.

F qrupu

20:55. "Milan" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 3:1

20:55. "Betis" (İspaniya) - "Düdelanj" (Lüksemburq) - 3:0

Xal durumu: "Milan" - 6, "Betis" - 4, "Olimpiakos" - 1, "Düdelanj" - 0.

G qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Rapid" (Vyana, Avstriya) - 3:1

23:00. "Spartak" (Moskva, Rusiya) - "Vilyarreal" (İspaniya) - 3:3

Xal durumu: "Reyncers" - 4, "Rapid" - 3, "Vilyarreal" - 2, "Spartak" - 1.

H qrupu

23:00. "Apollon" (Kipr)- "Marsel" (Fransa) - 2:2

23:00. "Ayntraxt" (Almaniya) - "Latsio" (İtaliya) - 4:1

Xal durumu: "Ayntraxt" - 6, "Latsio" - 3, "Apollon" - 1, "Marsel" - 1.

I qrupu

23:00. "Malmö" (İsveç) - "Beşiktaş" (Türkiyə) - 2:0

23:00. "Sarpsporq" (Norveç) - "Genk" (Belçika) - 3:1

Xal durumu: "Beşiktaş" - 3, "Genk" - 3, "Malmö" - 3, "Sarpsporq" - 3.

J qrupu

23:00. "Krasnodar" (Rusiya) - "Sevilya" (İspaniya) - 2:1

23:00. "Standard" (Lyej, Belçika) - "Akhisarspor" (Türkiyə) - 2:1

Xal durumu: "Krasnodar" - 6, "Standard" - 3, "Sevilya" - 3, "Akhisar" - 0.

K qrupu

18:55. "Astana" (Qazaxıstan) - "Renn" (Fransa) - 2:0

23:00. "Yablonets" (Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2

Xal durumu: "Astana" - 4, "Renn" - 3, "Dinamo" - 2, "Yablonets" - 1.

L qrupu

23:00. BATE (Belarus) - PAOK (Yunanıstan) - 1:4

23:00. Çelsi" (İngiltərə) - "Videoton" (Macarıstan) - 1:0

Xal durumu: "Çelsi" - 6. BATE - 3, PAOK - 3, "Videoton" - 0.

 

 

 

 

"Report" 

XƏBƏR LENTİ