McLaren və Renault məşqlərə qatılmayacaqlar?

Sayta qoyulub: 08:18 05.10.2018 (121 dəfə oxunub)

Renault və McLaren komandaları Yaponiyada gözlənilməz problemlə üzləşiblər və nəticədə sabahkı məşqləri buraxa bilərlər.

F-1.az bildirir ki, bütün komandaların maşınları kimi Renault və McLaren-in də maşınları Suzukadadır, paddokda bu gün FİA-nın texniki təftişini də keçiblər. Amma maşınlar sabahkı məşqlərə hazır deyillər, çünki bu maşınlarda istifadə olunan yanacaq və sürtgü yağlarının təchizatçısı Castrol şirkəti hələ məhsulunu trasa çatdıra bilməyib.

Problemin səbəbi isə hava şəraitidir: Yaponiyanın sahillərində tüğyan edən qasırğa dəniz yolu ilə məhsulların çatdırılmasını ləngidib. Hazırda məhsullar limanda anbarlara boşaldılıb, amma yerli gömrükdən keçməyib. Əgər yaxın zamanda problem həll olunmasa, komandalar sabah hər iki məşq sessiyasını buraxa bilərlər, bu isə yarışa hazırlığa ciddi təsir edəcək.

Red Bull maşınlarında da Renault motorları çalışırlar, amma komanda Exxon/Mobil məhsullarından istifadə etdiyi üçün problem yaşamayıb…

XƏBƏR LENTİ