Voleybol millimizin ikinci mərhələdəki rəqibləri bilindi

Sayta qoyulub: 19:21 04.10.2018 (112 dəfə oxunub)

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının Yaponiyada keçirilən dünya çempionatının ikinci mərhələsindəki rəqibləri müəyyənləşib. Faiq Qarayevin baş məşqçisi olduğu komanda növbəti raundda Rusiya, İtaliya, Çin, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir. Birinci mərəhələdə qruplarda ilk 4 yeri tutan 16 komanda növbəti raundda iki qrupa bölünüb. Ən yaxşı nəticəyə malik 3 kollektiv üçüncü mərhələyə vəsiqə qazanacaq. Pley-offa isə ilk 2 yeri tutanlar adlayacaq.
İkinci qrup mərhələsinin oyunlarına oktyabrın 7-də start veriləcək. Sayca 18-ci dünya çempionatına oktyabrın 20-də yekun vurulacaq.

XƏBƏR LENTİ