Yaponiya-2018: Mətbuat konfranslarının cədvəli

Sayta qoyulub: 08:09 04.10.2018 (118 dəfə oxunub)

Yaponiya Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı konfrans otağına dörd sürücü – Esteban Okon (Racing Point), Ləns Stroll (Williams), Stoffel Vandorn (McLaren) və Sebastyan Fettel (Ferrari) dəvət olunub.

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmiləri: Kristian Horner (Red Bull), Frants Tost (Toro Rosso), Frederik Vassyör (Sauber) və Honda Motorsport-un başçısı Masaşi Yamamoto jurnalistlərin suallarını cavablandıracaqlar.

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

XƏBƏR LENTİ