"Araz" Çempionlar Liqasına məğlubiyyətlə başladı

Sayta qoyulub: 19:30 03.10.2018 (120 dəfə oxunub)

Futzal üzrə Azərbaycan çempionu "Araz"  Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib. 8-ci qrupda yer alan Joze Alesio da Silvanın komandası Slovakiyanın Luçenec şəhərindəki "Sportova Hala Arena”da Litva çempionu "Vytis” ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. “Araz” qrupda növbəti oyununu oktyabrın 4-də Malta təmsilçisi “Valletta”ya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

 

"Araz” (Azərbaycan) - "Vytis” (Litva) - 0:1

Qol: Rafa, 26
Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eiçler (Almaniya) və David Şaerli (İsveçrə) 
Luçeneç. “Sportova Hala Arena”

XƏBƏR LENTİ