Voleybol üzrə Azərbaycan millisi dünya çempionatında ikinci qələbəsini qazanıb

Sayta qoyulub: 10:22 03.10.2018 (148 dəfə oxunub)

Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Yaponiyada keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.

 C qrupunda yer alan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Trinidad və Tobaqo yığmasını üstələyib – 3:0 (29:27, 25:16, 25:17). Bu qalibiyyət sayəsində xalını 6-ya çatdıran yığma Tailandla 3-4-cü yerləri bölüşür.

Lider ABŞ-ın 9, 2-ci sıradakı Rusiyanın 8 xalı var. Son iki pillədə 1 xala malik Cənubi Koreya ilə xal qazana bilməyən Trinidad və Tobaqo yer alıb.

Turun digər oyunlarında Cənubi Koreya Rusiya ilə, ABŞ isə Tailandla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə Cənubi Koreyanı məğlub edib - 3:1. ABŞ və Rusiyaya isə 0:3 hesabı ilə uduzub. Yığma qrupdakı son oyununu oktyabrın 4-də Tailandda qarşı keçirəcək. Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.

 

 

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ