Yuventusun idman direktoru İnterə keçir

Sayta qoyulub: 10:10 03.10.2018 (116 dəfə oxunub)

Yuventusun baş direktoru Beppe Marotta karyerasını İnterdə davam etdirə bilər.

 

61 yaşlı mütəxəssis bir müddət əvvəl oktyabrın əvvəlində vəzifəsini tərk edəcəyini bildirmişdi.

 

Marotta artıq İnterin sahibi olan  Suning Group-un nümayəndəsi Stiven Sanq ilə ilkin danışıq aparıb.

 

Tərəflər İnterin Avropanın futbol zirvısinə qaytarılmasını müzakirə ediblər. İtaliya mətbuatının məlumatına görə Marotta Sanqın təklifini qəbul edib.

 

Xatırladaq ki, Marottanın 8 illik işi ərzində Yuventus 7 dəfə skudettonu qazanıb, 2 dəfə ÇL-in finalına yüksəlib.

 

Yuventusdan əvvəl Marotta Sampdoriyada 9 il əşləməklə ad qazanmışdı.

XƏBƏR LENTİ