"Qarabağ"-"Arsenal": Anşlaq gözlənilir

Sayta qoyulub: 09:09 03.10.2018 (147 dəfə oxunub)

"Qarabağ"-"Arsenal": Anşlaq gözlənilir

 

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Arsenal" (İngiltərə) matçına bilet satışı davam edir. Ağdam klubunun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq qarşılaşmaya 55 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. Biletləri həm “Qarabağ” FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq “iTicket.az” saytından almaq mümkündür.

Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də, saat 20:55-də başlayacaq.


XƏBƏR LENTİ