"Keşlə"dən ayrılan futbolçu "Sabah"da!

Sayta qoyulub: 14:44 25.09.2018 (163 dəfə oxunub)

"Keşlə"dən ayrılan futbolçu "Sabah"da!

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, serbiyalı yarımmüdafiəçi Miloş Bosançiçlə mövsümün sonunadək müqavilə bağlanıb. 30 yaşlı futbolçu “Sabah”da 22 nömrəli formada çıxış edəcək.
Bosançiç karyerası ərzində Serbiyanın “Partizan” (2006-2008), OFK (2008), “Çukariçki” (2008-2009), “Srvena Zvezda” (2014-2015), Çexiyanın “Slovan Liberets” (2009-2012, 2017-2018), Portuqaliyanın “Boavişta” (2007-2008), Cənubi Koreyanın “Qyonqnam” (2013-2014), Taylandın “Tero Sasana” (2016-2017), Çinin “Qrintaun” (2015) klublarında çıxış edib.
Onun son komandası Bakının “Keşlə” klubu olub.

XƏBƏR LENTİ