"Qarabağ" - "Arsenal" matçına neçə bilet satılıb?

Sayta qoyulub: 14:42 25.09.2018 (218 dəfə oxunub)

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir.

Matça 20 min bilet satılıb. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

XƏBƏR LENTİ