Rusiya-2018: İlkin hava proqnozu

Sayta qoyulub: 07:50 25.09.2018 (103 dəfə oxunub)

İlkin hava proqnozu Rusiya Qran Prisi günlərində isti payız havası vəd etsə də, bazar günü yağışın yağması mümkündür.

F-1.az Soçi Avtodromunun rəsmi saytına istinadən bildirir ki, cümə və şənbə günlərində yağıntı gözlənilmir, hava +26 dərəcəyədək qızacaq. Bazar günü havanın +20 dərəcəyədək soyuması gözlənilir, yağışın yağması ehtimalı hələlik 40% təşkil edir.

Xatırladaq ki, keçən il Rusiya Qran Prisinin bütün sessiyaları quru trasda baş tutmuşdu…

XƏBƏR LENTİ