Messi ilk dəfə Ronaldoya səs verdi. Kim kimi seçdi. Tam siyahı

Sayta qoyulub: 06:29 25.09.2018 (366 dəfə oxunub)

FİFA ilin futbolçusunun seçkiləri zamanı səsvermənin geniş yekunlarını açıqlayıb.

 

Xatırladaq ki, baş məşqçi və kapitanların sorğusundan sonra mükafat Modriçə qismət olub.

 

Ondan sonra 2-ci yeri tutan Ronaldonun seçimi Varan, Modriç və Qrizman olub. Bununla da o, Messini siyahısına salmayıb.

 

Messi isə ilk yeri Modriçə , 2-cini  Mbappeyə və 3-cünü də Ronaldoya verib. Beləliklə Lionel ilk dəfə olaraq Ronaldoya səs verib.

 

Modriçin 3-lüyü isə belədir: Varan, Ronaldo, Qrizman

 

Əlavə edək ki, millimizin kapitanı Kamran Ağayev 1-ciliyi Ronaldoya, baş məşqçi Qurban Qurbanov isə Antuan Qrizmana verib.

 

Bütün səslərin siyahısına buradan baxa bilərsiniz

 

Messi ilk dəfə Ronaldoya səs verdi. Kim kimi seçdi. Tam siyahı

 

 

XƏBƏR LENTİ