"Keşlə"nin futbolçusunun başına tikiş qoyuldu

Sayta qoyulub: 19:04 24.09.2018 (138 dəfə oxunub)

"Keşlə"nin futbolçusunun başına tikiş qoyuldu

Topaz Premyer Liqasının V turunda "Sumqayıt"la ev matçında son dəqiqələrdə rəqib hücumçu Atilla Yıldırımla mübarizədə başından ciddi xəsarət alan Sertan Taşkın tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdı. U-21 millimizin üzvünün başına 8 tikiş qoyulub və evə buraxılıb. Sərtanın vəziyyəti normaldır. Onun məşqlərə başlayacağı vaxt məlum deyil.

Qeyd edək ki, sözügedən qarşılaşamda "Keşlə" 1-2 hesabı ilə uduzmuşdu.

XƏBƏR LENTİ