Ramil Quliyev Avropada ilin atleti ola bilər

Sayta qoyulub: 18:56 24.09.2018 (119 dəfə oxunub)

Ramil Quliyev Avropada ilin atleti ola bilər

Avropa Atletika Birliyi ilin ən yaxşı kişi atleti nominasiyası üzrə namizədlərin adlarını açıqlayıb. Siyahıda azərbaycanlı atlet, dünya çempionu Ramil Quliyevin də adı yer alıb. Bir müddət öncə Türkiyə millisinin heyətində Berlində keçirilən Avropa çempionatında birinci olan idmançı titulu qazanmağa əsas namizədlərdən hesab olunur.

Qalib sosial şəbəkələr vasitəsilə səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində keçiriləcək mərasimdə açıqlanacaq. Səsvermə oktyabrın 5-nə kimi davam edəcək.

Qeyd edək ki, Ramil ötən il də bu mükafatı qazanmağa əsas namizədlərdən biri idi. 28 yaşlı atlet son 3 idmançı arasında yer alsa, sonda mükafatı almaniyalı nizə atıcısı Yohannes Fettel qazanmışdı.

XƏBƏR LENTİ