Qurban Qurbanov Əfran İsmayılovu milliyə qaytarır

Sayta qoyulub: 14:19 24.09.2018 (178 dəfə oxunub)

"Qarabağ”da az oynadığına üçün və bir sıra məsələlərə görə klubunu dəyişən Azərbaycan futbolunun istedadlı nümayəndəsi Əfran İsmayılov hazırda “Sumqayıt”ın şərəfini qoruyur. Son iki matçda – “Qarabağ” və “Keşlə”yə qarşı görüşlərdə özünü yaxşı tərəfdən göstərən "22 nömrə" yenidən diqqətləri öz üzərinə çəkib. Xüsusən də “Keşlə” ilə matçın öndəgələn simalarından olan Əfran bir qol və məhsuldar ötürməsi ilə turun ən yaxşı futbolçuları sırasındadır.  Bizdə olan məlumata görə, yarımmüdafiəçinin özünə gəlməsi milli məşqçilərinin də diqqətini cəlb edib. Əfran ismayılov baş məşqçi Qurban Qurbanovun milli komandaya qaytarmaq istədiyi oyunçulardan biridir.  Qeyd edək ki, Azərbaycan milli komandasının növbəti toplanışa oktyabrın ilk günlərində yığışacaq.

Futbol11.az

 

XƏBƏR LENTİ