"Qalatasaray"dan böyükhesablı məğlubiyyət

Sayta qoyulub: 07:30 24.09.2018 (114 dəfə oxunub)

Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir. Son çempion “Qalatasaray” səfərdə “Akhisar Belediyyespor”un qonağı olub. Birinci hissənin sonunda penalti vurmaq şansı qazanan Fatih Terimin komandası Rodrigezin qeyri-dəqiqliyi ilə hesabı açmaq şansını əldən verib. İkinci yarıda rəqib qarşısında aciz qalan “Qalatasaray” qapısında 3 cavabsız qol görüb.

“Akhisar Belediyyespor” - “Qalatasaray” 3:0
Qollar:
 Manu, 51, Vural, 80-pen,Yumlu, 84

Bu yenilgidən sonra əvvəlki kimi 12 xalda qalan “Qalatasaray” ikinci pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan Akhisar təmsilçisi isə 5 xalla 14-cü yeri tutur.

XƏBƏR LENTİ