"Neftçi" daha bir layihəyə qoşulur

Sayta qoyulub: 19:41 23.09.2018 (108 dəfə oxunub)

 

"Neftçi" daha bir layihəyə qoşulur

“Neftçi” PFK-nın da üzvü olduğu Avropa Klubları Assosiasiyası (ECA) “Beactive” layihəsini davam etdirir.

 

Artıq dördüncü dəfə həyata keçiriləcək layihənin təbliğatına assosiasiyanın üzvü olan klublar da qoşulub. Avropada fiziki fəalliğın artırılmasına hesablanan layihə çərçivəsində qitənin bütün ölkələrində idmana çağırışlar səsləndiriləcək və insanlar fəal olmağa çağırılacaqlar. Çağırışa irqindən, dini mənsubiyyətindən və yaşından asılı olmayaraq, hər kəs qoşula bilər.

 

 

"Neftçi” PFK da öz növbəsində növbəti dəfə bu layihəyə qoşulur, hər kəsi sağlam və fəal həyat tərzinə dəvət edir.

XƏBƏR LENTİ