► Almeyda "Astana"da ilk qolunu vurdu

Sayta qoyulub: 19:35 23.09.2018 (156 dəfə oxunub)

Qazaxıstan Premyer Liqasında 27-ci turun oyunları keçirilir. Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” səfərdə “Akjaik”i 2-1 hesabı ilə məğlub edib.

Start heyətdə meydana çıxan Riçard komandasının ilk qolunu vurub. Millimizin üzvü 23-cü dəqiqədə penaltidən fərqlənib. Bununla da o, "Astana"da qol hesabını açıb. Almeyda fasilədə əvəzlənib. "Astana" Premyer Liqanın tunir cədvəlinə 61 xalla başçılıq edir.

 

 

 


XƏBƏR LENTİ