"Keşlə"nin futbolçuları süni örtüyə etiraz edir

Sayta qoyulub: 15:02 23.09.2018 (124 dəfə oxunub)

 

"Keşlə"nin futbolçuları süni örtüyə etiraz edir

Premyer Liqada işləri yaxşı getməyən «Keşlə»də sular yenə bulanıb. İlk 4 həftədə qələbə üzünə həsrət qalan paytaxt klubunda bu dəfə futbolçular gündəmi dəyişib.

 Belə ki, onlar «ASK Arena»da meydana çıxmaq istəmədiklərini bildirib. Sözü bir yerə qoyan oyunçular klub rəsmilərinə son xəbərdarlığını edib.

 Qəti şəkildə deyiblər ki, ən yaxın tarixdə süni qazon dəyişdirilməsə, ev oyunlarını boykot eləyəcəklər

XƏBƏR LENTİ