Maksim Medvedevin zədəsi ciddi deyil

Sayta qoyulub: 12:34 22.09.2018 (102 dəfə oxunub)

Maksim Medvedevin zədəsi ciddi deyil
 

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sportinq"lə səfər oyununda zədə alan "Qarabağ"ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.  Ağdam klubunun vitse-kapitanı ötən gün axşam saatlarında tibbi müayinədən keçib.  Müayinədən sonra millimizin üzvünün zədəsinin ciddi olmadığı üzə çıxıb. O, 3 gündən sonra məşqlərə başlaya biləcək. Medvedev Topaz Premyer Liqasının V turunda "Qəbələ" ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.   Qeyd edək ki, Maksim "Sportinq"lə qarşılaşmanın 62-ci dəqiqəsində dizindən xəsarət alaraq oyunu davam etdirə bilməyib və Abbas Hüseynovla əvəzlənib. 

XƏBƏR LENTİ