Rusiya prezidenti Bakıda dünya çempionatını izləyəcək

Sayta qoyulub: 09:43 22.09.2018 (108 dəfə oxunub)

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı cüdo üzrə dünya çempionatını da izləyəcək.

Sentyabrın 25-də Bakıda olacaq V.Putin Milli Gimnastika Arenasına yollanacaq.

O, çempionatın altıncı yarış gününün görüşlərini izləyəcək. Həmin gün Rusiya təmsilçilərindən tatami üzərinə kişilərdən Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisovla Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) çıxacaq.

V.Putin 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir. O, IJF prezidenti Marius Vizerin yaxın dostu sayılır. Rusiyanın dövlət başçısı ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarında və "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib.

 

 

Rusiya prezidenti Bakıda dünya çempionatını izləyəcək

 

"Report"

XƏBƏR LENTİ