Azərbaycanlı oyunçu ən yaxşı seçildi

Sayta qoyulub: 15:11 21.09.2018 (184 dəfə oxunub)

 

Rusiyanın "Rostov" klubunda forma geyinən Azərbaycan əsilli futbolçu Ayaz Quliyev komandasında həftənin ən yaxşı futbolçusu seçilib. Quliyev azarkeşlər arasında keçirilən sorğunun nəticəsində Premyer Liqanın 7-ci turunda "Ural"la səfər matçının ən yaxşısı olub. "Ural" - "Rostov" görüşü 1:1 hesabı ilə başa çatıb. Ayaz komandasının vurduğu qolun ötürməsini verib. Qeyd edək ki, Rusiyanın U-21 millisinin üzvü komandada ötən ayın ən yaxşı futbolçusu seçilişdi.

XƏBƏR LENTİ