"Qalatasaray"ın keçmiş futbolçusu Superliqa klubunun baş məşqçisi oldu

Sayta qoyulub: 17:25 20.09.2018 (161 dəfə oxunub)

"Qalatasaray"ın keçmiş futbolçusu Superliqa klubunun baş məşqçisi oldu

Türkiyənin “Rizəspor” klubuna yeni baş məşqçi təyin olunub. Super Liqa təmsilçisinin rəsmi saytının yaydığı xəbərə görə, komandanı Okan Buruk çalışdıracaq. Yeni baş məşqçi ilə 1 illik müqavilə imzalanıb. Okan Buruk bir həftə əvvəl istefaya göndərilmiş İbrahim Üzülməzi əvəz edib.
Qeyd edək ki, Okan son olaraq “Akhisarspor”u çalışdırıb.

XƏBƏR LENTİ