Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Sayta qoyulub: 12:27 20.09.2018 (161 dəfə oxunub)

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. 

60 kq çəki dərəcəsindəki 20 yaşlı idmançının rəqibi yaponiyalı ikiqat dünya çempionu Naohisa Takato olub. Takato 37 saniyəyə ipponla qalib gələrək, yarımfinala yüksəlib. Hüseynov isə bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq. Bu mərhələdə ilk rəqib KXDR təmsilçisi Kim Yonq Qvon olacaq.  

Qarşılaşmalar saat 16:00-da start götürəcək. 

 

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

 

 

"Report"

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ